Təhlükəsiz, məxfi və nəzarətiniz altında olan e-poçt xidməti.
Gmail kontentiniz heç vaxt reklam məqsədləri üçün istifadə edilmir
Gmail aldığınız və göndərdiyiniz bütün mesajlar üçün sənayenin qabaqcıl şifrələmə metodlarından yararlanır. Gmail kontentiniz heç vaxt reklamları fərdiləşdirmək üçün istifadə edilmir.
E-poçtun üzərində göstərilən məxfilik bildirişi
Gmail hər gün bir milyarddan çox insanın təhlükəsizliyini qoruyur
Gmail spam, zərərli proqram və təhlükəli keçidlərin 99,9%-nin gələnlər qutunuza daxil olmasını bloklayır.
Sayt üçün ayrı xəbərdarlıq ikonası olan Gmail'in əsas gələnlər qutusu
Qabaqcıl fişinqdən qoruma sistemləri əlçatandır
Şübhəli olmaqla yanaşı, qanuni də ola biləcək hər hansı e-məktub gəldikdə Gmail bu barədə məlumat verərək nəzarəti Sizə həvalə edir.
Sarı təhlükəsizlik mesajı olan e-məktub
Göndərdiyiniz e-məktublar üçün sinfinin ən yaxşı nəzarətləri
Məxfi Rejim bitmə tarixləri təyin etməyə və alıcılardan mətn ilə doğrulamağı tələb etməyə imkan verir. Yönləndirmə, kopyalama, yükləmə və çap seçimlərini də silə bilərsiniz.
Vaxt xatırladıcısı və saat ikonası olan e-məktub
E-poçtun üzərində göstərilən məxfilik bildirişi
Sayt üçün ayrı xəbərdarlıq ikonası olan Gmail'in əsas gələnlər qutusu
Sarı təhlükəsizlik mesajı olan e-məktub
Vaxt xatırladıcısı və saat ikonası olan e-məktub
Gmail ilə daha çoxunu edin
Əlaqədə və sistemli qalın
Birbaşa Gmail'dən Chat başladın, Meet ilə video zəngə qoşulun və ya Sənəd üzərindən əməkdaşlıq edin.
Eyni ekranda sənəd əməkdaşlığı və video söhbət olan Gmail söhbət funksiyası
Sürətli şəkildə daha çox əməliyyat icra edin
Sevdiyiniz işlə məşğul olmağa daha çox vaxt ayırmaq üçün Ağıllı Tərtibat kimi funksiyalarla e-məktub və mesajları daha sürətlə yazın.
Ağıllı Tərtibatın avto doldurma funksiyası olan yeni e-poçt
Cavablamağı heç vaxt unutmayın
Nəzakətli xatırlatma bildirişi nəzarətin Sizdə olmasına kömək edir.
Narıncı mətndə izləmə xatırladıcısı olan Gmail gələnlər qutusu
Eyni ekranda sənəd əməkdaşlığı və video söhbət olan Gmail söhbət funksiyası
Ağıllı Tərtibatın avto doldurma funksiyası olan yeni e-poçt
Narıncı mətndə izləmə xatırladıcısı olan Gmail gələnlər qutusu
Gmail tətbiqdə daha yaxşıdır
Özünüzü emojilərlə ifadə edin
Emoji reaksiyaları e-məktublara cavab verməyin sürətli və əyləncəli yoludur. Yalnız Gmail tətbiqi ilə əlçatandır.
Bu funksiya 2023-cü ilin oktyabr ayında istifadəyə verilməyə başlayacaq.
E-məktublarınızı daha sürətli tapın
Komandaya yeni qoşulan Helen-i salamlayan e-məktubu və böyüdülmüş emoji paneli vasitəsilə emoji ilə cavab verməyin sadəliyini əks etdirən sadələşdirilmiş telefon istifadəçi interfeysi.
"RSVP" yazılmış və nəticələrə aşağıdakı ifadənin daxil olduğu axtarış panelini əks etdirən sadələşdirilmiş telefon istifadəçi interfeysi.
Hesablar arasında keçid edin
Müxtəlif provayderlərdən gələn bütün e-məktublarınız bir tətbiqdə.
Sadələşdirilmiş telefon istifadəçi interfeysində müxtəlif e-poçt xidmətlərinin ikonları göstərən "Hesab əlavə edin" başlığı var, bu da Gmail tətbiqinə müxtəlif e-poçt provayderlərinin əlavə edilməsinin sadəliyini nümayiş etdirir.
"RSVP" yazılmış və nəticələrə aşağıdakı ifadənin daxil olduğu axtarış panelini əks etdirən sadələşdirilmiş telefon istifadəçi interfeysi.
Sadələşdirilmiş telefon istifadəçi interfeysində müxtəlif e-poçt xidmətlərinin ikonları göstərən "Hesab əlavə edin" başlığı var, bu da Gmail tətbiqinə müxtəlif e-poçt provayderlərinin əlavə edilməsinin sadəliyini nümayiş etdirir.
Cihazınızda Gmail-in ən yaxşı versiyasından yararlanın
Digər alətlərlə işləyir
Gmail kontakt və tədbir sinxronizasiyası daxil olmaqla Microsoft Outlook, Apple Mail və Mozilla Thunderbird kimi masaüstü klientləri ilə işləməyi dəstəkləyir.
Oflayn olduqda belə məhsuldar olun
Oflayn Gmail internetə qoşulu olmadığınız zaman Gmail mesajlarını oxumağa, cavablandırmağa, silməyə və axtarmağa imkan verir.
Gmail'i istənilən cihazda istifadə edin
İstədiyiniz cihazda istifadəsi asan və sadə Gmail'dən zövq alın.
Gmail artıq Google Workspace'in bir hissəsidir
Hamısı bir yerdə əlçatan olmaqla istənilən cihazdan, istənilən vaxt daha sürətli əməkdaşlıq edin.
Google Workspace fərdi şəxslərə, komandalara və bizneslərə bütün yeniliklərdən xəbərdar olmağa kömək edən məhsuldarlıq və əməkdaşlıq alətləri dəstidir. O, Gmail, Calendar, Disk, Sənəd, Meet kimi bütün sevimli tətbiqlərinizi özündə birləşdirən biznes və ya şəxsi istifadə üçün çevik, innovativ həlldir.
Suallarınıza cavab tapın
Daha çox köməyə ehtiyacınız var?
Həm yeni, həm də təcrübəli istifadəçilər üçün nəzərdə tutulmuş məsləhət və addım-addım təlimatlara baxın.
Gmail e-poçt kommunikasiyalarımı necə təhlükəsiz və məxfi saxlayır?
Güclü təhlükəsizlik hər zaman Gmail'in əsasını təşkil etmişdir. Spam, fişinq və zərərli proqramlar gələnlər qutunuza çatmadan əvvəl Sizi onlardan qorumağa çalışırıq. Süni intellektlə təkmilləşdirilmiş spam filtrləmə imkanlarımız hər dəqiqədə təxminən 10 milyon spam e-məktubu bloklayır.
E-poçtumu reklam məqsədləri üçün istifadə edirsiniz?
Xeyr. Ödənişsiz Gmail hesabınızda reklamlar görsəniz də, e-məktublarınız məxfidir. Google Gmail kontentləri reklam məqsədləri üçün skan və ya istifadə etmir.
E-məktublarımı necə daha etibarlı və təhlükəsiz saxlaya bilərəm?
Gmail funksiyaları əksər istifadəçilər üçün kifayət qədər təhlükəsiz olsa da, bəzi hesablar əlavə təhlükəsizlik səviyyələri tələb edə bilər. Google'un Qabaqcıl Qoruma Proqramı hədəflənmiş onlayn hücumlar riski olan, həmçinin yüksək görünmə dərəcəsi və həssas məlumatlara sahib istifadəçiləri qoruyur.
Ətraflı məlumat
Gmail'i iş və ya biznesim üçün istifadə etmək istəyirəm, nə etməliyəm?
Gmail fərqli planları seçə biləcəyiniz Google Workspace'in bir hissəsidir. Gmail'də sevdiyiniz funksiyalara əlavə olaraq, fərdi e-poçt ünvanı (@şirkətiniz.com), limitsiz sayda qrup e-poçt ünvanı, 99,9% iş vaxtı zəmanəti, şəxsi Gmail'dəkindən iki dəfə çox yaddaş yeri, reklamsız istifadə, 24/7 dəstək xidməti, Microsoft Outlook üçün Google Workspace Sync və s. əldə edirsiniz.
Ətraflı məlumat
Daha çox köməyə ehtiyacınız var?
Həm yeni, həm də təcrübəli istifadəçilər üçün nəzərdə tutulmuş məsləhət və addım-addım təlimatlara baxın.
Nələr edə biləcəyinizi
dünyaya göstərin.
Daha güclü Gmail'dən istifadəyə başlayın.
Üfüqi şəkildə düzülən böyüdülmüş funksiya ikonaları ilə Gmail gələnlər qutusu ekranı